...

"Real"ın müdafiəçisi La Liqa matçında oynamayacaq

İdman Materials 14 Mart 2026 18:32 (UTC +04:00)
"Real"ın müdafiəçisi La Liqa matçında oynamayacaq

Bakı. Trend:

"Real"ın müdafiəçisi Raul Asensio sıradan çıxıb.

Trend xəbər verir ki, ispaniyalı futbolçu ayaq əzələləsindən zədə alıb. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

21 yaşlı mərkəz müdafiəçisi La Liqanın 28-ci turunun sabah "Elçe" ilə keçiriləcək oyununu buraxacaq.

Qeyd edək ki, Raul Asensio "Real"ın yetirməsidir. İspaniya millisinin üzvü bu mövsüm Madrid təmsilçisinin heyətində meydana çıxdığı 30 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti

Xəbər lenti