Bakı. Trend:
Türkiyənin paytaxtı Ankarada ağır yol qəzası baş verib.
Trend xəbər verir ki, hadisə paytaxtın Polatlı rayonunda qeydə alınıb.
Məlumata görə, minik avtomobili ilə toqquşan mikroavtobus aşıb. İlkin məlumatlara əsasən, qəza nəticəsində iki nəfər ölüb, 12 nəfər yaralanıb.
Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub.
Qəza ilə bağlı araşdırma aparılır.
