...

ABŞ “A-10 Thunderbolt II” təyyarələrini İran dronlarına qarşı istifadəyə başlayıb

Dünya xəbərləri Materials 15 Mart 2026 22:36 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Yaxın Şərqdəki silahlı qüvvələri yerüstü bölmələrə birbaşa aviasiya dəstəyi üçün nəzərdə tutulmuş “A-10 Thunderbolt II” hücum təyyarələrini İranın zərbə pilotsuz uçuş aparatlarına (PUA) qarşı mübarizə məqsədilə tətbiq etməyə başlayıb.

Trend xəbər verir ki, bu məlumat ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) açıqlamaları ilə təsdiqlənir.

Hücum təyyarələrinin döyüş uçuşu zamanı sosial şəbəkələrdə yayımlanan fotolarda qanadların altında dronları məhv etmək üçün lazer istiqamətləndirmə sistemi ilə təchiz olunmuş “APKWS II” idarəolunan raketlər, həmçinin PUA-ların məhv edilməsi üçün istifadə edilə bilən “Sidewinder” tipli “hava-hava” raketləri görünür. Təyyarə eyni zamanda ştat üzrə yeddilüləli fırlanan bloka malik 30 mm-lik “GAU-8” aviasiya topu ilə silahlanıb.

Hazırda İordaniya ərazisində yerləşən “Muvaffaq Salti” hərbi hava bazasında 10 təyyarədən ibarət “A-10” hücum təyyarələri eskadronu dislokasiya olunub.

Xəbər lenti

Xəbər lenti