Ağcabədi. Trend:
Ağcabədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Trend-i yerli müxbirinin əldə etdiyi məlumata görə, hadisə ötən gecə rayonun Rəncbərlər kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə, Saya Vüsal oğlu Mehralızadənin idarə etdiyi “Chevrolet” markalı, 77 EH 053 dövlət qeydiyyat nişanlı avtomobil Rövşən Sərdar oğlu İsmayılova məxsus “VAZ-2106” markalı avtomobillə toqquşub.
Toqquşma nəticəsində “VAZ-2106” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı dərəyə aşıb.
Qəza zamanı “VAZ-2106”nın sürücüsü Rövşən İsmayılov, onun sərnişini Eldəniz Əbülfət oğlu Məmmədov, həmçinin “Chevrolet”in sürücüsü Saya Mehralızadə və sərnişini, 1996-cı il təvəllüdlü Gülüm İxtiyar qızı Mehralıyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
