Bakı. Trend:
Serbiyalı tennisçi Novak Cokoviç sağ çiynindən aldığı zədə üzündən Mayamidə keçirilən Tennis Peşəkarları Assosiasiyasının (ATP) turnirində iştirak edə bilməyəcək.
Trend xəbər verir ki, bu barədə ATP-nin mətbuat xidməti məlumat yayıb.
Turnir 18 mart tarixində başlayacaq. Mayami turniri sərt kortda keçirilir və Masters səviyyəli yarış kimi təsnif olunur; yalnız Böyük Dəbilqə turnirləri və ATP Finalları daha nüfuzlu sayılır.
Turnirin mükafat fondu 9,4 milyon dollardan çoxdur. Cokoviç bu turnirdə altı dəfə qalib gəlib. Hazırkı çempion isə Çexiyadan olan Yakub Menşikdir.
