Bakı. Trend:
"Qarabağ" rəhbərliyi "Strasburq"dan gələn təklifi qəbul edib.
Trend xəbər verir ki, söhbət 15 yaşlı Əli Bəşirova görə Fransa klubundan gələn dəvətdən gedir.
Bildirilib ki, hücumameyilli yarımmüdafiəçi mayın əvvəlində Fransaya yola salınacaq. Bununla bağlı qarşı tərəfə rəsmi cavab verib.
O, yaşının az olmasına baxmayaraq, bu qış baş məşqçi Qurban Qurbanov tərəfindən əsas komandanın Türkiyənin Antalya şəhərindəki toplanışına cəlb olunub.
Ə.Bəşirov həm də U-18 millisinin üzvüdür və bu yaxınlarda Belarusda keçirilən Beynəlxalq İnkişaf Turnirində iştirak edib, gözəl qol vurması ilə fərqlənib. Liqa-1 təmsilçisi onu baxışa dəvət edib.