...

Fərid Xəlilov U-23 Avropa çempionatında bürünc medal qazanıb

İdman Materials 15 Mart 2026 22:11 (UTC +04:00)
Fərid Xəlilov U-23 Avropa çempionatında bürünc medal qazanıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın yunan-Roma güləşçisi Fərid Xəlilov Serbiyanın Zrenyanin şəhərində keçirilən U-23 Avropa çempionatında bürünc medal əldə edib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası sosial şəbəkə hesabında məlumat yayıb.

67 kq çəki dərəcəsində çıxış edən Fərid Xəlilov bürünc medal uğrunda qarşılaşmada macarıstanlı Petro Jitovozu 6:3 hesabı ilə məğlub edərək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Beləliklə, bu nəticə Azərbaycanın turnirdə qazandığı beşinci bürünc medal olub. Bundan əvvəl sərbəst güləşçilər Musa Ağayev (65 kq), Ramik Heybətov (70 kq), Zəfər Əliyev (97 kq) və Fərid Sadıxlı (55 kq) da bürünc medala sahib çıxıblar.

Qeyd edək ki, U-23 Avropa çempionatına martın 15-də yekun vurulacaq.

Xəbər lenti

Xəbər lenti