...

Qazaxıstanda yeni Konstitusiya layihəsi üzrə referendumda səsvermə başa çatıb

Dünya xəbərləri Materials 15 Mart 2026 20:22 (UTC +04:00)
Qazaxıstanda yeni Konstitusiya layihəsi üzrə referendumda səsvermə başa çatıb
Madina Usmanova
Madina Usmanova
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstanın bütün seçki məntəqələrində yeni Konstitusiya layihəsi üzrə referendumda səsvermə başa çatıb.

Trend xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Referendum Komissiyası məlumat yayıb.

Məlumata əsasən, məntəqə komissiyaları səslərin hesablamasına başlayıb və qanunvericiləyə görə, səsvermənin başladığı andan etibarən 12 saatdan çox davam etməməlidir.

Yerli vaxtla saat 20:00-a olan məlumata görə, referendumda seçici fəallığı 73,24 faiz təşkil edib. 12,46 milyon seçicidən 9,12 milyonu səs verib.

Xəbər lenti

Xəbər lenti