...

İsveç və Norveç nüvə siyasətində dəyişiklik planlaşdırmır

Turizm Materials 15 Mart 2026 21:01 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsveç və Norveç nüvə silahları ilə bağlı mövcud siyasətlərini dəyişdirməyi planlaşdırmırlar, lakin Avropada nüvə çəkindirməsi sahəsində Fransa ilə mümkün əməkdaşlığa hazır olduqlarını bildiriblər.

Trend xəbər verir ki, bu barədə iki ölkənin hökumət başçıları bazar günü Norveçin paytaxtı Osloda keçirilən birgə mətbuat konfransında məlumat veriblər.

İsveçin Baş naziri Ulf Kristersson çıxışı zamanı qeyd edib ki, ölkənin siyasətinə əsasən sülh dövründə İsveç ərazisində nüvə silahlarının yerləşdirilməsi nəzərdə tutulmur və Stokholm bu mövqeyini dəyişdirməyi planlaşdırmır. Onun sözlərinə görə, İsveç Şimali Atlantika Alyansının birgə nüvə çəkindirmə mexanizmi çərçivəsində etibarlı şəkildə müdafiə olunur.

Norveçin Baş naziri Yonas Qar Störe isə bildirib ki, Oslo Avropada təhlükəsizlik məsələləri çərçivəsində Fransa ilə mümkün strateji əməkdaşlıq imkanlarını müzakirə etməyə açıqdır.

Bununla yanaşı, o vurğulayıb ki, Norveç də nüvə siyasətində dəyişiklik etməyi planlaşdırmır və ölkə ərazisində nüvə silahlarının yerləşdirilməsi nəzərdə tutulmur. Störenin sözlərinə görə, əsas məqsəd NATO-nun kollektiv nüvə çəkindirmə sisteminin zəifləməsinə yol verməməkdir.

Xəbər lenti

Xəbər lenti