Bakı. Trend:
Livanın "Hizbullah" hərəkatının bölmələri Livanın cənubundakı Adeysi şəhəri yaxınlığında İsrail qüvvələrinə qarşı daha bir "kütləvi raket hücumu" həyata keçirib.
Trend-in məlumatına görə, bu barədə "Al Jazeera" televiziya kanalı xəbər verib.
Bundan əvvəl "Hizbullah" İsrailin Avivim şəhərinin kazarmalarında İsrail əsgərlərinə atəş açdığını bildirib.