Bakı. Trend:
İtaliyanın Lampedusa sahillərində qanunsuz immiqrantları daşıyan qayıq aşıb.
Trend xəbər verir ki, bu barədə İtaliyanın "ANSA" nəşri məlumat yayıb.
İtaliya Sahil Mühafizəsi patrul qayıqlarından istifadə edərək xilasetmə əməliyyatı aparıb və 14 qadın və 10 uşaq daxil olmaqla 64 nəfəri xilas edib.
Hadisə zamanı Syerra-Leone vətəndaşı olduğu güman edilən iki yaşlı uşaq dənizdə yoxa çıxıb. Qayıq Tunisdən yola düşüb.
Son bir neçə saat ərzində Lampedusa adasına gələn miqrantların ümumi sayı xilas edilənlərlə birlikdə 292 nəfərə çatıb.
