Bakı. Trend:
XIII Qlobal Bakı Forumu çərçivəsində "Keçid dövründə dünyada fikir ayrılıqlarının aradan qaldırılması" mövzusunda əlavə sessiyalar keçirilib.
Trend xəbər verir ki, tədbirdə qlobal təhlükəsizlik, beynəlxalq əməkdaşlıq və geosiyasi çağırışları müzakirə etmək üçün dünyanın hər yerindən keçmiş dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri və nüfuzlu ekspertlər Bakıda bir araya gəliblər.
Forum çərçivəsində 6 panel müzakirəsi təşkil olunub. Müzakirələr qlobal turbulentliyin səbəblərinin təhlili, müharibənin humanitar nəticələri, texnologiyanın qlobal geosiyasətə təsiri, iqlim dəyişikliyi və insan təhlükəsizliyi məsələləri kimi mövzulara həsr olunub.
Forumun yekun paneli "Liderlik üçün çağırışlar" mövzusunda keçirildi.
Paneldə qlobal qeyri-sabitlik dövründə liderlik məsələləri, o cümlədən dünya liderlərinin necə qərar verməli, əməkdaşlıq etməli və beynəlxalq qurumlarda islahat aparmalı olduqları məsələlər müzakirə olunub.
