Bakı. Trend:
İspaniya La Liqasında 28-ci turun oyunları davam edir.
Trend xəbər verir ki, turun qarşılaşmalarından birində “Barselona” öz meydanında “Sevilya”nı qəbul edib. Görüş Kataloniya təmsilçisinin üstünlüyü ilə keçib və meydan sahiblərinin 5:2 hesablı qələbəsi ilə başa çatıb.
Bu nəticədən sonra “Barselona” xallarının sayını 70-ə çatdıraraq turnir cədvəlinin zirvəsində mövqeyini qoruyub.
