...

Cənubi Koreya Hörmüz boğazına gəmi göndərməyi nəzərdən keçirir

Dünya xəbərləri Materials 15 Mart 2026 11:52 (UTC +04:00)
Cənubi Koreya Hörmüz boğazına gəmi göndərməyi nəzərdən keçirir

Bakı. Trend:

Koreya Respublikası Hörmüz boğazına hərbi gəmilərin göndərilməsi zərurətini diqqətlə nəzərdən keçirəcək.

Trend-in məəlumatına görə, bu barədə "KBS" telekanalı Cənubi Koreya prezident administrasiyasındakı adı açıqlanmayan əməkdaşa istinadən xəbər verib.

Məlumata əsasən, hərbi gəmilər dənizçilik azadlığının təmin edilməsi üçün göndərilə bilər.

Bunda əvvəl ABŞ prezidenti Donald Tramp Hörmüz boğazından neft idxal edən ölkələrin oraya hərbi gəmilər göndərərək dənizçilik təhlükəsizliyinin təmin edilməsində iştirak etməli olduqlarını bildirmişdi. O, belə bir addımın maraqlarına xidmət edə biləcəyi ölkələr arasında Cənubi Koreya və Yaponiyanın adını çəkdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti