Bakı. Trend:
Astana vaxtı ilə saat 14:00-dək Qazaxıstanda 6 471 378 nəfər bülleten əldə edib ki, bu da səsvermə siyahısında olan vətəndaşların 51,98 faizinə bərabərdir.
Trend-in məlumatına görə, bu barədə Qazaxıstanın Mərkəzi Seçki Komissiyasından bildiriblər.
Komissiya qeyd edib ki, qanunvericiliyə əsasən, səsvermə hüququna malik vətəndaşların yarıdan çoxu iştirak etdikdə referendum baş tutmuş sayılır.
Bununla da Qazaxıstanda yeni Konstitusiya üzrə referendumun baş tutduğu elan olunub.