...

Çexiya ABŞ terminallarından qaz tədarükü üçün ilkin müqavilə imzalayıb

Dünya xəbərləri Materials 15 Mart 2026 21:49 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çexiya ABŞ terminallarında illik 1,4 milyard kubmetr qaz sifarişi üçün ilkin uzunmüddətli müqavilə bağlayıb.

Trend xəbər verir ki, bu barədə ABŞ-a səfərini başa vuran Çexiyanın Baş nazirinin birinci müavini, sənaye və ticarət naziri Karel Havliçek məlumat verib.

Nazir bildirib ki, əldə olunan razılaşma ölkənin enerji mənbələrini şaxələndirmək və respublikanın enerji təhlükəsizliyini gücləndirmək məqsədi daşıyır.

Karel Havliçek qeyd edib ki, dövlətə məxsus Çexiya şirkəti ČEZ artıq qaz ehtiyatı üzrə müqavilənin detalları üzərində danışıqlar aparır.

“Bu, enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində birbaşa addımdır. Bu saziş sayəsində biz Çexiya Respublikasının qaz istehlakının təxminən 20–30 faizini təmin edə biləcəyik”, – deyə nazir vurğulayıb.

Xəbər lenti

Xəbər lenti