Bakı. Trend:
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hava hücumundan müdafiə sistemləri İranın dörd ballistik raketini və altı pilotsuz uçuş aparatını ələ keçirib.
Trend-in məlumatına görə, bu barədə BƏƏ Müdafiə Nazirliyi "X" sosial şəbəkəsində yazıb.
"15 mart 2026-cı ildə BƏƏ-nin hava hücumundan müdafiə sistemləri İrandan atılan 4 ballistik raket və 6 dronu ələ keçirib", - deyə qeyd olunub.
Beləliklə, eskalasiyanın başlanğıcından bəri 298 ballistik raket, 15 qanadlı raket və 1600-dən çox dron ələ keçirilib.
