...

“Tesla” süni intellekt üçün çiplər istehsal etməyi planlaşdırır

Dünya xəbərləri Materials 15 Mart 2026 07:55 (UTC +04:00)
“Tesla” süni intellekt üçün çiplər istehsal etməyi planlaşdırır

Bakı. Trend:

"Tesla" şirkəti süni intellekt üçün nəzərdə tutulan çiplərin istehsalı ilə bağlı iri layihəni yaxın günlərdə işə sala bilər.

Trend "Reuters"ə istinadən xəbər verir ki, bu barədə şirkətin rəhbəri İlon Mask açıqlama verib.

İ.Mask bildirib ki, "Tesla" böyük yarımkeçirici zavod layihəsi üzərində çalışır. Onun sözlərinə görə, layihə süni intellekt texnologiyalarının inkişafını sürətləndirmək məqsədi daşıyır.

Sahibkar qeyd edib ki, yeni zavod "Tesla"nın texnoloji imkanlarını genişləndirəcək və şirkətin süni intellekt sahəsində daha müstəqil fəaliyyət göstərməsinə imkan verəcək.

Xəbər lenti

Xəbər lenti