Bakı. Trend:
Yaxın Şərq Fars körfəzindəki münaqişə fonunda tarixi dönüş nöqtəsi yaşayır.
Trend xəbər verir ki, bunu Misir prezidenti Əbdülfəttah əs-Sisi bəyan edib.
Onun sözlərinə görə, region hazırda mühüm seçim qarşısındadır və müharibənin nəticələri Yaxın Şərq ölkələrinin hamısına, xüsusilə iqtisadi və sosial sahələrə ciddi təsir göstərə bilər.
Əs-Sisi vurğulayıb ki, Misir gərginliyin daha da artmasının qarşısını almaq üçün səylər göstərir və böhranın diplomatik yollarla həllini dəstəkləyir.
Misir prezidenti həmçinin bildirib ki, Qahirə ərəb ölkələrinə qarşı istənilən təcavüzü qətiyyətlə pisləyir və münaqişə tərəflərini problemləri dialoq vasitəsilə həll etməyə çağırır.
Bundan əlavə, o, vətəndaşları ölkənin ciddi itkilər verdiyi 2010–2011-ci illərdə baş verən hadisələrin yenidən təkrarlanmaması üçün diqqətli olmağa səsləyib.