Bakı. Trend:
Bu gün Konqo Respublikasında prezident seçkiləri keçiriləcək.
Trend xəbər verir ki, prezident postu uğrunda yeddi namizəd mübarizə aparır. Namizədlər arasında hazırkı dövlət başçısı, 82 yaşlı Denis Sassu Nguesso da yer alır.
Seçici siyahılarına 2,64 milyon vətəndaş daxil edilib. Seçki günü ictimai asayişin qorunmasını təmin etmək məqsədilə hərbçilər, polis və təhlükəsizlik xidmətlərinin əməkdaşları 12 mart tarixində əvvəlcədən səs veriblər. Onların ümumi sayı təxminən 60 min nəfərdir.