...

ÜST Yaxın Şərqdə humanitar yardım üçün 2 milyon dollar ayırıb

Dünya xəbərləri Materials 16 Mart 2026 00:35 (UTC +04:00)
ÜST Yaxın Şərqdə humanitar yardım üçün 2 milyon dollar ayırıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərqdə davam edən böhran fonunda təxirəsalınmaz yardım fondundan Livan, İraq və Suriyaya ümumilikdə 2 milyon dollar vəsait ayırıb.

Trend xəbər verir ki, təşkilat münaqişə nəticəsində regionda genişmiqyaslı əhali köçünün baş verdiyini bildirib.

Məlumata görə, təkcə Livanda 700 minə qədər insan ölkə daxilində məcburi köçkünə çevrilib.

ÜST Livana 1 milyon dollar ayırıb. Bu vəsait fövqəladə hallarda koordinasiyanın gücləndirilməsi, yaralıların müalicəsi, xəstəliklərə nəzarətin artırılması, həmçinin əsas dərman və tibbi ləvazimatların alınması və paylanmasına yönəldiləcək.

Bundan əlavə, İraq və Suriyanın hər birinə 500 min dollar ayrılıb. Bu vəsait fövqəladə vəziyyətlərdə koordinasiyanın dəstəklənməsi, kütləvi yaralanma hallarının idarə olunması, əsas dərman və tibbi ləvazimatların təmin edilməsi, məcburi köçkünlərə səhiyyə xidmətlərinin göstərilməsi, xəstəliklərə nəzarət və ictimai maarifləndirmə tədbirlərinin gücləndirilməsi üçün istifadə olunacaq.

Xəbər lenti

Xəbər lenti