...

Azərbaycan və Səudiyyə Ərəbistanı arasında Yaxın Şərqdəki mövcud təhlükəsizlik vəziyyəti müzakirə edilib

Siyasət Materials 15 Mart 2026 23:22 (UTC +04:00)
Azərbaycan və Səudiyyə Ərəbistanı arasında Yaxın Şərqdəki mövcud təhlükəsizlik vəziyyəti müzakirə edilib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Əl Səud Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng edib.

Trend xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlər Yaxın Şərqdəki mövcud təhlükəsizlik vəziyyətini müzakirə ediblər. Bölgədə gərginliyin artmasından narahatlıq ifadə olunub və eskalasiyanın qarşısının alınmasının vacibliyi vurğulanıb.

Danışıq zamanı regional ölkələrin suverenliyi və ərazi bütövlüyünə hörmət, habelə qonşu ölkələrin hədəf alınmaması zərurəti qeyd edilib.

Həmçinin, telefon danışığı çərçivəsində regional və beynəlxalq gündəlikdəki digər aktual məsələlər, Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasındakı mövcud əməkdaşlığın vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Nazirlər həmçinin digər qarşılıqlı maraq doğuran mövzularda fikir mübadiləsi aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti