...

Azərbaycan cüdoçuları daha iki medal qazanıblar

İdman Materials 16 Mart 2026 01:25 (UTC +04:00)
Azərbaycan cüdoçuları daha iki medal qazanıblar
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Polşanın paytaxtı Varşavada keçirilən cüdo üzrə böyüklər arasında Avropa Açıq Turniri başa çatıb.

Trend xəbər verir ki, yarışın son günündə Azərbaycan millisinin daha iki üzvü fəxri kürsüyə yüksəlib.

+100 kiloqram çəki dərəcəsində mübarizə aparan Camal Feyziyev gümüş medal qazanıb. 100 kiloqram çəki dərəcəsində çıxış edən Elmar Qasımov isə turniri bürünc medalla başa vurub.

Xatırladaq ki, turnirin ilk günündə Azərbaycan cüdoçusu Tofiq Məmmədov (66 kiloqram) da üçüncü yeri tutaraq bürünc medal əldə edib.

Xəbər lenti

Xəbər lenti