...

BEA üzv ölkələri strateji ehtiyatlardan neft çıxarmağa başlayacaq

Dünya xəbərləri Materials 16 Mart 2026 02:24 (UTC +04:00)
BEA üzv ölkələri strateji ehtiyatlardan neft çıxarmağa başlayacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq Enerji Agentliyinə (BEA) üzv ölkələr yaxın zamanda strateji ehtiyatlardan dünya bazarına neft çıxaracaqlar.

Trend xəbər verir ki, bu addım Yaxın Şərqdəki münaqişə səbəbindən yaranmış tədarük problemlərini kompensasiya etmək məqsədi daşıyır.

Məlumata görə, bazara ümumilikdə 400 milyon barel neft və neft məhsulu çıxarılacaq. Bunun 271,7 milyon bareli dövlət ehtiyatlarından, 116,6 milyon bareli neft sənayesinin məcburi ehtiyatlarından, 23,6 milyon bareli isə digər mənbələrdən təmin olunacaq.

Ayırılan yanacağın təxminən 72%-i xam neft, 28%-i isə neft məhsullarından ibarət olacaq.

Asiya və Okeaniya ölkələri ehtiyatların istifadəsinə dərhal başlayacaq, Amerika və Avropa ölkələri isə tədarüklərə martın sonundan start verəcək.

Qərarın məqsədi Yaxın Şərqdə müharibə fonunda neft tədarükündə yaranan ciddi problemlərin qarşısını almaqdır.

Xəbər lenti

Xəbər lenti