...

Füceyra terminalına hücum zamanı Hindistan tankerinə zərər dəyməyib

Dünya xəbərləri Materials 16 Mart 2026 00:56 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

BƏƏ-də yerləşən Füceyra terminalına edilən hücum zamanı Hindistan bayrağı altında üzən neft tankeri zərər görməyib və hazırda neft yükü ilə Hindistana doğru hərəkət edir.

Trend xəbər verir ki, bu barədə Hindistanın Neft və Təbii Qaz Nazirliyi mətbuat açıqlamasında məlumat yayıb.

“Gəmi Füceyranı təhlükəsiz şəkildə tərk edib və Hindistana doğru yola düşüb. Tanker və onun göyərtəsində olan bütün hindistanlı dənizçilər təhlükəsizlikdədir”, – deyə nazirliyin açıqlamasında qeyd olunub.

Nazirliyin məlumatına görə, hücum tanker liman terminalında neft yükləyərkən baş verib. Buna baxmayaraq, gəmiyə hər hansı zərər dəyməyib.

Xəbər lenti

Xəbər lenti