...

Keniyada daşqınlar nəticəsində 62 nəfər ölüb

Dünya xəbərləri Materials 16 Mart 2026 05:57 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Keniyada son bir həftə ərzində şiddətli yağışlar səbəbindən baş verən daşqınlar nəticəsində ən azı 62 nəfər həyatını itirib.

Trend xəbər verir ki, bu barədə "BBC News" məlumat yayıb.

Ötən həftə yağan güclü yağışlar qəfil daşqınlara səbəb olub. Çaylar məcrasından çıxaraq evləri su altında qoyub, yollara, elektrik xətlərinə və su təchizatına zərər vurub. Nayrobidə körpülər zədələndiyindən bir neçə yol bağlanıb, şənbə günü baş verən leysan yağışdan sonra isə bir neçə məktəb su altında qalıb.

Keniyanın Daxili İşlər Nazirliyi bazar günü xəbərdarlıq edərək bildirib ki, ölkənin bəzi bölgələrində güclü yağışlar davam edir və daşqın riski yüksəkdir.

Hakimiyyət orqanları düzənlik ərazilərdə yaşayan sakinləri daha təhlükəsiz yerlərə köçməyə çağırıb. Artıq 2000-dən çox insan sığınacaq axtarmaq üçün evlərini tərk etmək məcburiyyətində qalıb.

Polis bildirib ki, ölkənin müxtəlif bölgələrinə təsir edən güclü yağışlar və ardınca baş verən dağıdıcı daşqınlar səbəbindən axtarış-xilasetmə əməliyyatları davam edir.

Xəbər lenti

Xəbər lenti