Bakı. Trend:
ABŞ hakimiyyəti ya yaxın vaxtlarda Kuba ilə razılıq əldə edəcək, ya da Vaşinqton Havana ilə bağlı “etməli olduğu addımları atacaq”.
Trend xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Florida ştatının Vest Palm Biç şəhərindən Vaşinqtona uçan təyyarəsində jurnalistlərə açıqlamasında bildirib.
“Kuba da razılaşma əldə etmək istəyir və düşünürəm ki, ya çox tezliklə razılığa gələcəyik, ya da etməli olduğumuz işi görəcəyik”, – deyə Tramp qeyd edib.
