...

Szoboszlai “Liverpul”da klub rekordu qırıb

İdman Materials 16 Mart 2026 08:48 (UTC +04:00)
Szoboszlai “Liverpul”da klub rekordu qırıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Liverpul”un yarımmüdafiəçisi Dominik Szoboszlai Premyer Liqada bir mövsüm ərzində sərbəst zərbələrdən vurulan qolların sayına görə klub rekordu müəyyən edib.

Trend xəbər verir ki, macarıstanlı futbolçu “Tottenhem”lə keçirilən oyunun ikinci hissəsinin 18-ci dəqiqəsində standart vəziyyətdən hesabı açıb.

Beləliklə, cari Premyer Liqa mövsümündə Szoboszlai sərbəst zərbədən vurduğu qolların sayını dördə çatdırıb ki, bu da “Liverpul” tarixində bir mövsüm üçün ən yüksək göstəricidir.

Qeyd edək ki, Premyer Liqa tarixində bir mövsümdə sərbəst zərbədən vurulan qollar üzrə rekord isə Devid Bekhem (5 qol, 2000/01 mövsümü) və Laurent Robertə (5 qol, 2001/02 mövsümü) məxsusdur.

Xəbər lenti

Xəbər lenti