Bakı.Trend:
Şağanda moped qəzası olub.
Trend-in məlumatına görə, 2005-ci il təvəllüdlü Hüseyn Mayılov idarə etdiyi “Champ” markalı moped ilə Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində küçədə hərəkətdə olarkən mopedin divara çırpılması nəticəsində aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Fakt üzrə rayon prokurorluğunda araşdırma aparılır.
