Bakı. Trend:
“Airbus” şirkəti pilotsuz döyüş təyyarələrini 2029-cu ilədək Almaniya silahlı qüvvələrinə təhvil verməyi planlaşdırır.
Trend xəbər verir ki, layihə üzrə işlər Münxendə yerləşən zavodda ABŞ-dən olan tərəfdaşla birgə aparılır.
Məlumata görə, layihədə süni intellekt əsasında hazırlanmış “MindShare” proqram təminatından istifadə olunur. Bu sistem pilotu əvəz etməklə yanaşı, döyüş şəraitində pilotsuz aparatların qruplar halında koordinasiyasını da təmin edə bilir.
Layihə çərçivəsində sınaq uçuşlarının 2026-cı ilin sonunadək keçirilməsi planlaşdırılır.
