...

Səudiyyə Ərəbistanı 60-dan çox İran dronu zərərsizləşdirib

Dünya xəbərləri Materials 16 Mart 2026 09:59 (UTC +04:00)
Səudiyyə Ərəbistanı 60-dan çox İran dronu zərərsizləşdirib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yaxın Şərqdə İsrail, ABŞ və İranın cəlb olunduğu münaqişənin alovlanması fonunda Səudiyyə Ərəbistanı yenidən kütləvi dron hücumuna məruz qalıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin Müdafiə Nazirliyi gecə saatlarından bəri 60-dan çox dronun hava hücumlarından müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini təsdiqləyib.

Dronlar ölkənin şərq bölgəsində vurulub. İran Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələrində ABŞ-yə aid hərbi-strateji obyektləri vurduğunu iddia edir.

Məlumata görə, hazırda ABŞ krallıqda hava hücumundan müdafiə, logistika və regional təhlükəsizlik missiyalarını dəstəkləyən təxminən 10 hərbi obyektə malikdir və ya onlardan istifadə edir. Əsas obyektlərdən biri Riyad yaxınlığında yerləşən “Prince Sultan” aviabazasıdır. Burada ABŞ qüvvələri, raketdən müdafiə sistemləri və hərbi təyyarələri yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti