...

"Qalatasaray" yaponiyalı futbolçunu istəyir

İdman Materials 16 Mart 2026 13:35 (UTC +04:00)
"Qalatasaray" yaponiyalı futbolçunu istəyir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Qalatasaray"ın növbəti transfer hədəfi bəlli olub.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyə çempionu "Neymegen"in formasını geyinən Kodai Sano ilə maraqlanır.

İstanbul nəhənginin 22 yaşlı yarımmüdafiəçini mövsüm başa çatdıqdan sonra transfer etməyi planlaşdırdığı iddia olunur.

Yaponiya millisinin də üzvü olan Sanonun “Neymegen”lə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.

O, bundan əvvəl “Yonaqo Kita” və “Fagiano Okayama”(hər ikisi Yaponiya) klublarında oynayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti