Bakı. Trend:
Təəssüf ki, bəzi tibb məntəqələri, xəstəxana və klinikalar B və C kateqoriyalarına aid tullantıları məişət tullantıları konteynerlerinə atırlar.
Trend xəbər verir ki, bunu “Təmiz Şəhər” ASC – nin mətbuat xidmətinin rəhbəri Orxan Cabbarov WUF13 çərçivəsində jurnalistlər üçün “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə təşkil edilən məlumat turu zamanı bildirib.
Onun sözlərinə görə, ölkədə ixtiaslaşmış zərərsizləşdirmə məntəqələri olduqca məhduddur:
“Təmiz Şəhər” ASC-nin fəaliyyət sahəsinə 2025-ci ildə daha yeni bir istiqamət əlavə olunub. Təhlükəli tibbi tullantıların zərərsizləşdirilməsi məqsədilə beynəlxalq standartlara cavab verən “Tibbi Tullantıların Sterilizasiyası Mərkəzi” istifadəyə verilib. Yeni istifadəyə verilmiş məntəqədə B və C kateqoriyasına aid edilən tibbi tullantılar müasir avadanlıqlarda zərərsizləşdirilərərk təhlükəsiz tullantılara çevrilir. İndiyə qədər təxminən 100 kuba yaxın tullantı təhvil verilib".
