...

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Dünya xəbərləri Materials 16 Mart 2026 10:59 (UTC +04:00)
Dubay aeroportu fəaliyyətini qismən bərpa edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhər beynəlxalq hava limanı ötən gecə baş vermiş dron hücumlarından sonra fəaliyyətini qismən bərpa edib. Artıq bəzi aviareyslərin bərpasına başlanıldığı bildirilir.

Trend xəbər verir ki, bu barədə BƏƏ administrasiyasının "X" sosial şəbəkə hesabında qeyd olunub.

“Mülki Aviasiya İdarəsi ehtiyat tədbiri kimi tətbiq edilmiş müvəqqəti dayandırmadan sonra Dubay Beynəlxalq Hava Limanında bəzi reyslərin ayrı-ayrı istiqamətlər üzrə mərhələli şəkildə bərpa olunduğunu elan edir”, -deyə paylaşımda bildirilir.

Dubay hökumətinin açıqlamasına görə, gecə satlarında pilotsuz uçuş aparatlarının hücumu zamanı beynəlxalq hava limanı ərazisində yerləşən yanacaq rezervuarlarından biri zədələnib. Hadisə yerində yanğın baş verib. İlkin məlumata görə, insident nəticəsində xəsarət alan olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti