...

Yanvarda təyin edilən pensiyalarda 9,1 faizlik artım olub

İqtisadiyyat Materials 16 Mart 2026 12:53 (UTC +04:00)
Yanvarda təyin edilən pensiyalarda 9,1 faizlik artım olub
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Yanvar ayında təyin olunan aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,1 faiz artıb.

Trend xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd edilir.

Hesabata görə, 2026-cı il yanvarın 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1098,9 min (ötən ilin yanvarın 1-i vəziyyətinə 1098,3 min) pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 10,7 faizini təşkil edir.

Təyin olunan aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,1 faiz artaraq 541,6 manat təşkil etmiş və orta aylıq əməkhaqqının 49,1 faizinə bərabər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti