...

İran Hörmüz boğazını bağlamayıb; gəmilərin keçidinə nəzarət olunur – Bəqai

Dünya xəbərləri Materials 16 Mart 2026 14:00 (UTC +04:00)
İran Hörmüz boğazını bağlamayıb; gəmilərin keçidinə nəzarət olunur – Bəqai
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda İran Hörmüz boğazını bağlamayıb və Silahlı Qüvvələr gəmilərin keçidinə nəzarət edir.

Trend-in məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Hörmüz boğazı ilə əlaqədar yaranan məhdudiyyət ABŞ və İsrailin İrana hərbi hava hücumlarına görədir.

Bəqai bildirib ki, belə bir vəziyyətdə heç bir sahilyanı ölkə hücum edən ölkələrin gəmilərinin özünü gücləndirməsi üçün normal hərəkət etməsinə icazə verməz.

İran rəsmisi deyib ki, ABŞ, İsrail və müttəfiqləri İrana zərbə vurmaq üçün Hörmüz boğazından istifadə etməməlidirlər. İrana qarşı hərbi hava hücumlarının bir hissəsi olmayan ölkələr İran Silahlı Qüvvələri ilə koordinasiya edərək Hörmüz boğazından keçə bilərlər.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib.

ABŞ tərəfinin itkisinin 13 ölü, 140-dan çox yaralı olduğu bildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti