Bakı. Trend:
Azərbaycanda bir sıra səhmdar cəmiyyətlərinin səhmləri satışa çıxarılır.
Trend İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, hərrac aprelin 20-24-də baş tutacaq.
Məlumata görə, hərracda "Lerik Kəndkimya", "Yevlax Kəndnəqliyyat" və "Əli Bayramlı Konserv" səhmdar cəmiyyətlərinin səhmlərinin bir hissəsi hərraca çıxarılacaq.
Pul hərracında satışa çıxarılacaq bir səhmin nominal dəyəri 2 manatdır.
Sifarişlərin qəbulu 2026-ci il 20-24 aprel tarixlərində saat 9.00-dan 18.00-dək Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında yerləşən Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında aparılacaq.
2026-cı il aprelin 20-24-də keçiriləcək pul hərracında səhmləri satışa çıxarılacaq səhmdar cəmiyyətləri haqqında məlumatı təqdim edirik:
| Sıra №-si | Səhmdar cəmiyyətin adı, təsis tarixi və sərəncamın №-si |
Ünvanı | Nizamnamə kapitalının həcmi (manat) |
Buraxılan səhmlərin ümumi sayı (ədəd) |
Bir səhmin nominal dəyəri (manat) |
İxtisaslaşdırılmış pul hərracına çıxarılan səhmlər | |
| Sayı (ədəd) |
Nizamnamə kapitalında %-lə |
||||||
| 1 | Lerik Kəndkimya №1178 15.12.1997 | Lerik rayonu, Bilnə kəndi | 65 807.20 | 32 903 | 2.0 | 9871 | 30.00 |
| 2 | Yevlax Kəndnəqliyyat №833 13.10.1997 | Yevlax şəhəri, Nizami küçəsi, 37 | 225900.60 | 112 950 | 2.0 | 33906 | 30.02 |
| 3 | Əli Bayramlı Konserv №761 22.09.1997 | Şirvan şəhəri,Cənub sənaye rayonu | 837777.60 | 418 889 | 2.0 | 125683 | 30.00 |
