...

Naxçıvanda kredit adı ilə kiberdələduzluq edən şəxs saxlanılıb (VİDEO)

Hadisə Materials 16 Mart 2026 10:18 (UTC +04:00)
Naxçıvanda kredit adı ilə kiberdələduzluq edən şəxs saxlanılıb (VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Naxçıvan Muxtar Respublikasında polis əməkdaşları tərəfindən vətəndaşlara qarşı törədilən kiber dələduzluq faktı ilə bağlı əməliyyat tədbiri həyata keçirilib. Daxil olmuş müraciətlər əsasında keçirilmiş əməliyyat-texniki tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 21 yaşlı Elnarə Bünyatova saxlanılıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, araşdırmalarla E.Bünyatovanın özünü bank əməkdaşı kimi təqdim edərək 070-767-56-96, 077-351-95-76, 070-935-75-65, 077-104-44-08, 077-349-96-82 və digər nömrələr, eləcə də “TikTok” platformasında “ azturan83 ”, “ turanbank_az ”, “ azeturanbank ” və “ krediagro ” adlı səhifələr vasitəsilə vətəndaşlara kredit veriləcəyi vədi ilə 50-yə yaxın şəxsi aldadaraq talama əməlləri törətdiyi müəyyən olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti