Bakı. Trend:
Mart ayının sonunda Çində ölkənin rəhbəri Si Cinpinlə keçirməyi planlaşdırdığım zirvə görüşü ertələnə bilər.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu barədə“Financial Times” qəzetinə verdiyi müsahibədə bildirib.
Sammitin martın 31-dən aprelin 2-dək keçirilməsi planlaşdırılırdı.
“Biz gecikdirə bilərik”, – deyə Tramp bildirib, lakin konkret vaxtla bağlı əlavə təfərrüatlara varmayıb.
Tramp bazar günü “Air Force One” təyyarəsinin göyərtəsində jurnalistlərə deyib ki, Çin neftinin təxminən 90 faizini Hörmüz boğazı vasitəsilə alır və Pekin bu boğazın açılmasına yardım etməkdə maraqlı olmalıdır.
Prezident Çin də daxil olmaqla bir neçə Avropa və Asiya ölkəsinə müraciət edərək, onları dünya üzrə gündəlik neft tədarükünün təxminən beşdə birinin keçdiyi bu strateji keçidin açılmasına kömək etməyə çağırıb.
