...

İran Körfəz ölkələrinə fərq qoymadan 300-dən çox hücum edib - ABŞ Mərkəzi Komandanlığı

Dünya xəbərləri Materials 16 Mart 2026 11:17 (UTC +04:00)
İran Körfəz ölkələrinə fərq qoymadan 300-dən çox hücum edib - ABŞ Mərkəzi Komandanlığı
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İran son iki həftə ərzində Körfəz ölkələrinə fərq qoymadan 300-dən çox hücum edib.

Trend xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Kommandanlığının (US CENTCOM) rəsmi "X" hesabında məlumat dərc olunub.

“İran rejimi bu yaxınlarda Birləşmiş Ərəb Əmirliklərində mülki şəxslərin təhlükəsizliyi ilə bağlı narahatlıq ifadə edərək onları dəniz limanlarından uzaq durmağa çağırıb. Bu yalandır. Son iki həftə ərzində İran rejimi günahsız insanların təhlükəsizliyini nəzərə almadan Körfəz ölkələrinə fərq qoymadan 300 dəfədən çox hücum edib. Bu isə həqiqətdir”, - deyə məlumatda qeyd olunur.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib.

ABŞ tərəfinin itkisinin 13 ölü, 140-dan çox yaralı olduğu bildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti