...

Hörmüz boğazı bağlanmasın deyə Avropa hərəkətə keçdi

Dünya xəbərləri Materials 16 Mart 2026 12:38 (UTC +04:00)
Hörmüz boğazı bağlanmasın deyə Avropa hərəkətə keçdi
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) Hörmüz boğazının açıq saxlanması yollarını müzakirə edəcək.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Aİ-nin Xarici Siyasət üzrə Ali Nümayəndəsi Kaya Kallas bildirib.

“Hörmüz boğazının açıq qalması bizim maraqlarımıza uyğundur və buna görə də Avropa tərəfi olaraq bu məsələdə nə edə biləcəyimizi müzakirə edirik,” - deyə o, Brüsseldə Aİ xarici işlər nazirlərinin sammitindən əvvəl jurnalistlərə açıqlamasında bildirib.

Qeyd edək ki, İranın hücumları və təhlükəsizlik riskləri səbəbindən dünyanın ən mühüm enerji marşrutlarından biri olan Hörmüz boğazında tankerlərin və yük gəmilərinin hərəkəti kəskin şəkildə azalıb, bu isə öz növbəsində qlobal neft bazarında qiymətlərin sürətli artımına yol açıb.

Xatırladaq ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib.

ABŞ tərəfinin itkisinin 13 ölü, 140-dan çox yaralı olduğu bildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti