Bakı. Trend:
Bakı şəhəri ərazisində 10 rayonda tullantıların çeşidlənməsi aparılır.
Trend xəbər verir ki, bunu Kommunal Xidmətlər Müəssisəsi MMC-nin hüquqşünası Yalçın Məhərrəmov “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə təşkil edilən məlumat turu zamanı bildirib.
Onun sözlərinə görə, ən əsas problem maşın girə bilməyən yerlərdir:
"Vətəndaşlar avtomobillərini zibil konteynerlərinin qarşısında saxlayanda maşınlar ora keçə bilmir və nəticədə zibil yığılıb qalır.
Artıq 10 rayonun ərazisində tullantıların çeşidlənməsi aparılır. Qaradağ və Sabunçuda isə çeşidlənmə aparılmır. Yaxın vaxtlarda çeşidlənmə bütün Bakını əhatə edəcək.
İnsanlar evdə zibilin ilkin çeşidlənməsini aparıb, tullantıları müvafiq konteynerlərə yerləşdirsə, işlər asanlaşır. Təəssüf ki, tullantıların çeşidlənməsi üzrə 30 faizi keçə bilmirik".
