Bakı. Trend:
İsrail Müdafiə Qüvvələri (IDF) ayın əvvəlində "Hizbullah" hərəkatının İsrailə hücumlara başlamasından sonra genişləndirilmiş bufer zonanın bir hissəsi kimi Livanın cənubunda əsas hədəflərə qarşı məqsədli quru əməliyyatına başladığını elan edib.
Trend xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.
IDF-in məlumatına görə, bölgəyə əlavə qüvvələr yeridilib:
"91-ci “Qalileya” diviziyası şənbə günü gec saatlarda Livanın cənubunun şərq sektorunda həmlə əməliyyatına başlayıb. Əməliyyat zamanı hərbçilər Hizbullahın bir neçə üzvü ilə qarşılaşıb və onları zərərsizləşdiriblər".
İDF bildirir ki, əməliyyat ön müdafiə zonasının genişləndirilməsi məqsədi daşıyır.
“Əməliyyatın hədəflərinə terror infrastrukturlarının məhv edilməsi və bölgədə fəaliyyət göstərən terrorçuların zərərsizləşdirilməsi daxildir. Məqsəd təhdidləri aradan qaldırmaq və şimal bölgəsinin sakinləri üçün əlavə təhlükəsizlik təbəqəsinin yaradılmasıdır”, – deyə İDF bildirib.
