...

Mart ayının bütün sosial ödənişləri vaxtından əvvəl ödənilib

Cəmiyyət Materials 16 Mart 2026 10:19 (UTC +04:00)
Mart ayının bütün sosial ödənişləri vaxtından əvvəl ödənilib
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Qarşıdan gələn bayramlarla əlaqədar olaraq bu gün mart ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, bu ayın bütün sosial ödənişlərini qrafikdən əvvəl başa çatdırılıb.

Bildirilib ki, bundan əvvəl martın 6-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan Muxtar Respublikası, martın 11-də digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin mart ayı üzrə pensiyaları qrafikdən əvvəl ödənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti