Bakı. Trend:
ABŞ ordusuna məxsus “Boeing KC-135 Stratotanker” modelindən olan 3 ədəd yanacaqdoldurma təyyarəsi Rumıniyaya çatıb. Ölkənin 90 saylı hərbi hava bazasına eniş edən təyyarələr İrana qarşı əməliyyatlarla əlaqədar Yaxın Şərq bölgəsinə yönləndiriləcəklər.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, təyyarələr hazırda Buxarestdə yerləşən 90-cı aviabazada saxlanılır. Orada onlara əlavə yanacaq doldurulacaq və daha sonra ölkənin şərqində yerləşən Mixail Koqelniceanu aviabazasına köçürüləcəklər.
Daha əvvəl “Digi24” xəbər vermişdi ki, ABŞ Mixail Koqelniceanu aviabazasından İrana qarşı əməliyyatlar üçün istifadə imkanının verilməsi ilə bağlı müraciət Rumıniya hökümətinə rəsmi müraciət edib.
