...

Fevralda Azərbaycanda sabit və mobil internet sürəti artıb - "Ookla"

İqtisadiyyat Materials 16 Mart 2026 13:09 (UTC +04:00)
Fevralda Azərbaycanda sabit və mobil internet sürəti artıb - "Ookla"
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Fevralda Azərbaycanda sabit genişzolaqlı internetin median sürəti 2%-dək, mobil internet isə 3%-dək artıb

Bu barədə Trend-ə İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyindən (İKTA) məlumat verilib.

Genişzolaqlı və mobil şəbəkə keyfiyyətinin qiymətləndirilməsi üzrə qlobal şirkət olan “Ookla” fevral ayı üzrə “Speedtest Global Index” hesabatını təqdim edib.

Yeni hesabata görə, Azərbaycanda sabit genişzolaqlı internetin median sürəti 91,27 Mb/s, mobil internetin median sürəti isə 94,95 Mb/s olub.

Yanvar ayı ilə müqayisədə sabit genişzolaqlı internetin həcmi 1,39 MB/s və ya 1,55%, mobil internetin sürəti isə 2,32 Mb/s və ya 2,50% yüksəlib.

Bu artım ölkədə rəqəmsal transformasiyanın, elektron xidmətlərə tələbatın, distant iş və təhsil imkanlarının genişlənməsinin göstəricisidir və Azərbaycanın qlobal internet reytinqlərində mövqeyinin yüksəldiyini təsdiqləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti