...

Xamenei Moskvada müalicə olunur? — Kreml cavab vermədi

Dünya xəbərləri Materials 16 Mart 2026 14:43 (UTC +04:00)
Xamenei Moskvada müalicə olunur? — Kreml cavab vermədi
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Kreml İranın yeni Ali Rəhbəri Möctəba Xameneinin müalicə üçün Moskvaya iddia olunan gəlişi ilə bağlı xəbərləri şərh etmir.

Trend xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib.

“Belə xəbərləri biz heç cür şərh etmirik”, -deyə o bildirib.

Qeyd edək ki, bundan əvvəl Küveytin "Al-Jarida" qəzeti Xameneinin guya martın 12-də müalicə almaq üçün Moskvaya aparıldığını yazmışdı. İranın yeni Ali Rəhbərinə yaxın yüksəkvəzifəli mənbə nəşrə bildirib ki, o, İrandan hərbi təyyarə ilə çıxarılıb. Mənbənin sözlərinə görə, Xamenei artıq özəl klinikalardan birində əməliyyat edilib.

İranın Ali rəhbəri seçildiyi vaxtdan bəri ictimaiyyət qarşısına çıxmayıb, İran KİV-ləri isə onun yalnız yazılı və ya qeydə alınmış müraciətlərini yayımlayıb. ABŞ-nin müdafiə naziri Pit Heqset martın 13-də keçirdiyi brifinqdə bildirib ki, Möctəba Xamenei yaralanıb və böyük ehtimalla onun sağlamlığına ciddi ziyan dəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti