Bakı. Trend:
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (US CENTCOM) rəsmi “X” səhifəsində İrana qarşı “Epic Fury” əməliyyatı çəçrivəsində ötən gün ərzində gecə və gündüz aviareydlərinə hazırlıqların görüntüsünü paylaşıb.
Trend xəbər verir ki, görüntüdə ABŞ qırıcılarının “USS Abraham Lincoln” aviadaşıyıcısında əməliyyat üçün havaya qalxdığını görmək olur.
“ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Abraham Lincoln” “Operation Epic Fury” əməliyyatı çərçivəsində gecə-gündüz uçuş əməliyyatlarını davam etdirir. İrana yaxın sularda fəaliyyət göstərən “Lincoln” və onun göyərtəsində yerləşən aviasiya qanadı bir-birinin ardınca zərbələr həyata keçirir”, paylaşımda qeyd olunub.
