...

Britaniya Hörmüz boğazının yenidən açılması üçün plan üzərində çalışır - Starmer

Dünya xəbərləri Materials 16 Mart 2026 16:03 (UTC +04:00)
Britaniya Hörmüz boğazının yenidən açılması üçün plan üzərində çalışır - Starmer
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniya hökuməti Hömrüz boğazının yenidən açılması üçün reallaşdırıla bilən plan üzərində işləyir.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu Britaniyanın Baş Naziri Kir Starmer bildirib.

“Biz bütün müttəfiqlərimizlə, o cümlədən Avropadakı tərəfdaşlarımızla birlikdə regionda naviqasiya azadlığını mümkün qədər tez bərpa edə və iqtisadi təsirləri azalda biləcək kollektiv, reallaşdırıla bilən planın hazırlanması üzərində işləyirik”, – deyə Starmer jurnalistlərə bildirib.

O əlavə edib ki, vəziyyəti ABŞ Prezidenti Donald Trampla da müzakirə edib.

Böyük Britaniyanın Baş naziri bildirib ki, ölkə özünü və müttəfiqlərini müdafiə etmək üçün zəruri addımlar atsa da, daha genişmiqyaslı müharibəyə cəlb olunmaq niyyətində deyil.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib.

ABŞ tərəfinin itkisinin 13 ölü, 140-dan çox yaralı olduğu bildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti