...

İraq Türkiyəyə neft axını bərpa etmək üzrədir

Dünya xəbərləri Materials 16 Mart 2026 16:16 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İraq bir həftə ərzində Kərküklə Ceyhanı birləşdirən 970 kilometrlik köhnə neft kəmərinin istismarını bərpa etmək niyyətindədir.

Trend xəbər verir ki, bu barədə İraqın Neft naziri Həyan Əbdül Qəni bildirib.

Nazir videomüraciətində qeyd edib ki, Kərkükdən neftin daşınması üçün nəzərdə tutulan və günə 200–250 min barel ötürücülük qabiliyyətinə malik olan İraq–Türkiyə neft kəməri hazırda son yoxlama və yenidənqurma mərhələsindən keçir.

Onun sözlərinə görə, “bir həftə ərzində hidrostatik sınaqların keçirilməsi qalır ki, bu da neftin İraq Kürdüstanını yan keçməklə birbaşa Kərkük yataqlarından kəmərə vurulmasına imkan verəcək.”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti